Lavrovun tualet şoku!

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçdə ATƏT ölkələrinin xarici işlər nazirlərinin sammiti zamanı yaşadığı bir anla bağlı təəccübünü dilə gətirib. O, səfərdə olduğu ölkədə qadın və kişi tualetlərinin eyni olmasını qeyri-insani adlandırıb.

"Ötən il İsveçdə ATƏT ölkələrinin xarici işlər nazirlərinin sammiti zamanı fasilədə tualetin harada olduğunu soruşanda mənə üstündə "WC" hərfləri olan qapını göstərdilər. Soruşdum ki, bu, xanımlar üçündür, yoxsa bəylər? Dedilər, bizdə hər şey ümimidir. Mən inana bilmədim, amma həqiqətən də belə idi. Təsəvvür edə bilməzsiniz ki, bütün bunlar nə dərəcədə qeyri-insanidir! Sadəcə qeyri-insanidir!.



 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Masazırda şagirdi sinif yoldaşının ailəsi döydü

SONRAKI XƏBƏR

İranda son aksiyaların iştirakçısı edam edilib