Zelenski İran PUA-larını zərərsizləşdirən hərbi pilota "Ukrayna qəhrəmanı" adını verib

Zelenski İran PUA-larını zərərsizləşdirən hərbi pilota "Ukrayna qəhrəmanı" adını verib<span class="qirmizi"></span>

Hərbi pilot Vadim Voroşilov Vinnitsa vilayəti üzərində İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyinə görə "Ukrayna qəhrəmanı adına layiq görülüb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı müvafiq sərəncam imzalayıb.

Məlumata görə, V.Voroşilov hava hücumlarını dəf edərkən zədələnmiş təyyarəsini şəhərdən kənarlaşdırmağa da nail olub.

Hərbi pilotun özü isə katapult edərək sağ qalıb.

Mənbə: report.az