"Dəmir yolunu tikməyə hazırıq, amma..." - Paşinyan

"Dəmir yolunu tikməyə hazırıq, amma..." - Paşinyan<span class="qirmizi"></span>

"Ermənistan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunu tikməyə hazırdır”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün dekabrın 6-da Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin Moskvada baş tutan görüşü haqda danışarkən deyib.

Məsələ ilə bağlı dəqiq nəticələr əldə olunmadığını diqqətə çəkən N.Paşinyan Ermənistanın sözügedən dəmir yolunun tikintisində maraqlı olduğunu bildirib:

“Dəqiq nəticələr əldə etdiyimizi söyləyə bilmərəm. amma Ermənistan bu layihənin həyata keçirilməsində maraqlıdır və təklifimizin qüvvədə olduğunu təsdiqləmək istəyirəm. Təbii ki, dəmiryolunun fəaliyyətinin Ermənistan qanunverciliyi çərçivəsində həyata keçirilməsinin vacibliyini təkrarlamağa lüzum yoxdur. Bu layihəni nə vaxtsa kağız üzərində rəsmiləşdirdikdən sonra işə başlamağa hazırıq”.

Günel

BakuPost

Mənbə: www.bakupost.az