"Zelenski məni tənqid edir, birgə işləməli olduğumuz halda bu, heç yaxşı hal deyil..."

"Zelenski məni tənqid edir, birgə işləməli olduğumuz halda bu, heç yaxşı hal deyil..."

"Ukraynanın energetika infrastrukturuna raket zərbələri davam edərsə, Kiyev işıqsız, susuz və istiliksiz qala bilər..."

"Mən sakinləri mümkün təxliyə və qəza çıxışına hazır olmağa çağırıram..."

Kliçko Kiyev sakinlərini mümkün "qış apokalipsisi" barədə xəbərdarlıq edib

Əgər Ukraynanın energetika infrastrukturuna raket zərbələri davam edərsə, Kiyevdə "qış apokalipsisi" mümkündür.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna payraxtının meri Amerikanın "Röuter" xəbər agentliyinin jurnalistlərinə danışıb.

"Kiyev işıqsız, susuz və istiliksiz qala bilər. Hollivud filmlərində olduğu kimi, apokalipsis baş verə bilər, evlərdə soyuqdan yaşamaq mümkün olmaya bilər", - boks üzrə keçmiş dünya çempionu deyib.

Kliçko izah edib ki, 3, 6 milyonlyq şəhərdə elektrik enerjisi tam kəsildikdə və havanın hərarəti mənfi 15 dərəcə olduğu halda kifayət qədər isidilən sığınacaq tikmək mümkün deyil.

Kiyev meri qeyd edib ki, əgər elektrik bərpa edilməzsə, soyuqlar isə əvvəlki kimi qalarsa, binalara suyun verilməsini kəsmək lazım gələcək, çünki borularda su dona bilər və su boruları şəbəkəsi dağıla bilər, bu zaman evlər həyat üçün tamamilə yararsız olacaq.

Bununla əlaqədar olaraq Kliçko sakinlərə təxliyə üçün, sənədləri, əşysları, ehtiyat yemək və suyu qəza çıxışına hazır olmağa çağırış edib.

Bununla yanaşı, o, qeyd edib ki, hələlik, təxliyəyə ehtiyac yoxdur, çünki şəhərdə elektrik güclərinin yalnız beşdə bir hissəsi kəsilib.

Ötən həftə Zelenski Kiyev bələdiyyəsini "sarsılmazlıq məntəqələri"nin işilə bağlı problemlər ucbatından tənqid edib.

Bu, elə otaqlardır ki, ukraynalılar orada isinə, isti çay içə, mobil telefonlarını yükləyə və internetdən yararlana bilər.

Zelenski məlumat verib ki, bu məntəqələrlə bağlı problemlər var, çoxlu şikayətlər daxil olur.

Buna cavab olaraq Kliçko elan edib ki, bütün məntəqələr işləyir, Zelenski isə onu siyasi mülahizələrə görə tənqid edir.

"Mən, xüsusilə, indiki vəziyyətdə siyasi debatlara qoşulmaq istəmirəm. Bunun mənası yoxdur. Mənim məşğul olmalı işim yetərlidir.

Amma qeyd edim ki, manipulyasiya etmək lazım deyil. Bu, yumşaq desək, heç yaxşı deyil. Həm ukraynalılar üçün, həm də xarici tərəfdaşlarımız üçün. Bu gün hamı birgə işləməli olduğu halda, hansısa siyasi rəqslər başlayır", - Kliçko "Telegram-kanal"ında yazıb.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Misir Qasımlıya görə etiraz aksiyası keçirilir? - DİN

SONRAKI XƏBƏR

Aİ Azərbaycana 2 milyard avro ayıracaq