Paris meri də “xor”a qoşuldu – Azərbaycana qarşı təxribat

Paris meri də “xor”a qoşuldu – Azərbaycana qarşı təxribat<span class="qirmizi"></span>

 

Fransada “səfər”də olan Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Parisin meri Ann İdalqo ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Paris meri görüşdə Azərbaycan əleyhinə separatizmə verdiyi dəstəyi növbəti dəfə təkrarlayıb.

İdalqo Azərbaycan ərazilərindəki qondarma qurumu “artsax”, separatçıları isə “arsax xalqı” adlandırıb. O, Parisin həmişə separatçıların yanlarında olduğunu bildirib.

Bir neçə gündür Parisdə olan Arutyunyan bu müddət ərzində fransalı parlamentarilərlə görüşüb, bu ölkənin parlamentində olub və dövlət telekanalına müsahibə verib.

Mənbə: teleqraf.com