İsveç 2 FETÖ üzvünün Türkiyəyə ekstradisiya tələbini rədd edib

İsveç Baş Prokurorluğu bu ölkədə yaşayan iki Türkiyə vətəndaşına dair Ankaranın ekstradisiya tələbini rədd edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Expressen” qəzeti məlumat yayıb. Baş Prokurorluq iş üzrə müvafiq məktubu İsveç Ali Məhkəməsinə ünvanlayıb.

Qeyd edək ki, Türkiyə bu şəxslərin FETÖ terror təşkilatının üzvləri olduqlarını bildirir. İsveç Baş Prokurorluğu isə onların əməllərində cinayət faktının olmadığına dair qərara gəlib.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq

SONRAKI XƏBƏR

Avropada ilk süni ürək əməliyyatı edən türk: Adı 100 nüfuzlu qadının siyahısındadır