Nazir generalı təqaüdə göndərdi, polkovniki onun yerinə təyin etdi

Nazir generalı təqaüdə göndərdi, polkovniki onun yerinə təyin etdi<span class="qirmizi"></span>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.

Mənbə: valyuta.az