287-ci gün: Rusiyanın itkiləri açıqlandı

287-ci gün: Rusiyanın itkiləri açıqlandı<span class="qirmizi"></span>

Ukrayna müharibənin 287-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 93 080 hərbçi, 2 937 ədəd tank, 5 911 ədəd zirehli döyüş maşını, 1 925 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 528 ədəd avtomobil texnikası, 1 603 ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 161 xüsusi avadanlıq itirib.

Mənbə: axar.az