“Ruslar ilhaq edilən ərazilərdəki azyaşlıları orduya cəlb edir” – Ukrayna Müdafiə Nazirliyi

“Ruslar ilhaq edilən ərazilərdəki azyaşlıları orduya cəlb edir” – Ukrayna Müdafiə Nazirliyi<span class="qirmizi"></span>

“Rusiya Ukraynanın ilhaq olunmuş ərazilərindən 17 yaşlı gəncləri orduya səfərbər etməyə hazırlaşır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

Onun sözlərinə görə, Rusiyada səfərbərlik sona çatmayıb:

“Səfərbərlik hələ də davam edir. Bu dəfə yeni, daha güclü dalğalar, eləcə də formalar, üsullar və uçot sistemləri hazırlanır. Xüsusilə, müvəqqəti olaraq ilhaq olunmuş Ukrayna ərazilərindən azyaşlılar hərbi xidmətə çağırılır”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə videokonfrans şəklində keçirilən görüşdə ölkədə əlavə səfərbərliyə ehtiyac olmadığını bildirib.

Bizim.Media

Mənbə: bizim.media