Ukrayna Rusiya ilə müharibənin bitməsində ƏSAS ŞƏRTİNİ açıqladı

Ukrayna Rusiya ilə müharibənin bitməsində ƏSAS ŞƏRTİNİ açıqladı<span class="qirmizi"></span>

“Rusiya-Ukrayna müharibəsi Moskvanın tamamilə məğlub olması nəticəsində başa çatacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Mən istəyirəm ki, hər kəs anlasın, müharibə yalnız Rusiyanın məğlubiyyətindən sonra bitəcək. Ukrayna cəmiyyətinin 90%-i konsensusdadır. Odur ki, müharibə Rusiyanın Ukrayna ərazisini tam şəkildə tərk etdiyi anda bitə bilər”, - deyə o qeyd edib.

Podolyakın sözlərinə görə, indi Rusiya ilə sülh müqaviləsi imzalamaq mümkün deyil, çünki müharibə bununla bitməyəcək:

“Sülh müqaviləsi müharibənin sonu olmayacaq. Bu, müharibənin daha bir mərhələsinin başlanğıcı olacaq. Çünki biz yenə də Ukraynada daxili mənfi proseslərlə qarşılaşacağıq”.

Bizim.Media

Mənbə: bizim.media