Aİ 169 şirkətə qarşı sanksiya tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir. Bu dəfə məhdudiyyətlər 169 təşkilata təsir edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Nəşr yazır ki, sanksiyalar paketi “Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji inkişafına töhfə verə biləcək” mallar təqdim edən 169 təşkilatdan ibarət geniş siyahı ilə “Rusiyanın sənaye imkanlarının inkişafını” boğmaq məqsədi daşıyır.

Aİ həmçinin yeni anti-Rusiya sanksiyaları çərçivəsində bir sıra Rusiya televiziya kanallarının lisenziyalarını dayandırmaq niyyətindədir . Xüsusilə, söhbət NTV Mir və Birinci Kanaldan gedir.

Bir gün əvvəl Avropa İttifaqının daimi nümayəndələrinin iclasında Macarıstan yeni anti-Rusiya sanksiyalar paketinə qarşı çıxıb. Ölkə hakimiyyəti Ukrayna və digər ölkələrə silah tədarükünü maliyyələşdirən Aİ fondunun həcminin artırılması təklifinə də qarşı çıxıb.

Gültəkin Ələsgər

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azər Qərib: “Qadınlar kişilərdən daha çox rəfiqələrinin xoşuna gəlmək istəyirlər” - VİDEO

SONRAKI XƏBƏR

Tovuzda yerləşən adı olub, özü olmayan mədəniyyət ocağı - VİDEO