Samuxda yaşayan şəhid valideynləri Şuşa şəhərinə səfər edib

Samuxda yaşayan şəhid valideynləri Şuşa şəhərinə səfər edib<span class="qirmizi"></span>

Şəhid ailələrinin "Zəfər Səfəri" layihəsi çərçivəsində Samux rayonunda yaşayan şəhid valideynləri Şuşaya səfər ediblər.

"Report"un Qərb bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Samux Rayon İcra Hakimiyyətinin və Samux rayonu Samux şəhəri müsəlmanlarının dini icmasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin valideynləri, övladları və yaxınları olmaqla bir qrup imtiyazlı şəxslər Şuşaya səfər ediblər.

Onlar Şuşa şəhərində dini və tarixi abidələri ziyarət edib, yenidənqurma işləri ilə tanış olublar.

Qəhrəman şəhidlərin ailələri onlara göstərilən diqqət və qayğıya görə, həmçinin bu səfəri təşkil etdikləri üçün ölkə başçısına və bütün aidiyyatı şəxslərə təşəkkürlərini bildiriblər.

Mənbə: report.az