Almaniya müdafiə naziri vəzifədən uzaqlaşdırıla bilər

Almaniyada müdafiə naziri Kristina Lambrextin vəzifədən uzaqlaşdırılaması nəzərdən keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Qeyd olunub ki, müxalifətdən və hakim partiyadan olan Bundestaq deputatları Lambrextin istefasının yaxın aylarda baş verə biləcəyini etiraf ediblər. Belə ki, hazırda Almaniya ordusu mərmi qıtlığı yaşayır, Amerikadan “F-35” qırıcılarının alınması ilə bağlı sövdələşmə təxirə salınıb, müdafiə xərcləri ilə bağlı vədlər yerinə yetirilmir.

Nazir həmçinin, sursat alınması üçün büdcəni hesablaya bilmədiyi üçün də tənqid olunur. “Almaniya Azad Demokrat Partiyası”nın mətbuat katibi Aleksandr Müller öz növbəsində müdafiə nazirini Almaniyadan Ukraynaya yardımın göstərilməsini çətinləşdirən bürokratik səriştəsizlikdə ittiham edib.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

SONRAKI XƏBƏR

Fransadan Ərdoğanın təklifinə müsbət cavab – Makron Ankaraya gəlir?