Kuleba: “Vaşinqton Krımda Amerika silahlarının istifadəsinə qarşı deyil”

“Rəsmi Vaşinqton Krımda Amerika silahlarının istifadəsinə qarşı deyil”.

“Report” "Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, Ukrayna ABŞ-a Vaşinqtonun verdiyi silahlardan Rusiya ərazisində istifadə etməyəcəyinə söz verib. Nazir əlavə edib ki, Kiyevin üzərinə götürdüyü öhdəlik beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınan Krıma şamil edilmir.

“Krım və Donbass Moskvanın nəzarətində olarsa, Ukrayna heç vaxt Rusiya ilə sülh sazişinə razı olmayacaq. Ukrayna bütün ərazilərini, o cümlədən Krımı, bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Millət vəkili: “Qərbi azərbaycanlılar niyə İrəvana gedə bilmir?” - VİDEO

SONRAKI XƏBƏR

İranda etirazçılar məhkəmə binasına od vurdular - VİDEO