18 yaşlı tələbə bələdiyyə sədri OLDU

18 yaşlı tələbə bələdiyyə sədri  OLDU<span class="qirmizi"></span>

ABŞ-ın Arkanzas ştatının Erl şəhərində ikinci tura keçən mer seçkilərinin nəticələri açıqlanıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, universitet tələbəsi 18 yaşlı Ceylen Smit 235 səslə şəhərin yeni meri seçilib. ABŞ-ın ən gənc bələdiyyə başçılarından biri seçilən Smit həm də Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvü olub

Erl Liseyini bitirən və Arkanzas Dövlət Universitetində təhsilini davam etdirən Smit ictimai təhlükəsizlik və yeni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirəcəyini bildirib: “Mən onlara hər zaman deyirəm ki, həyatın bir yerdən başlaması lazımdır.

Mənbə: manset.az