İranın Londondakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

İranın Londondakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı<span class="qirmizi"></span>

İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin respublikada etirazçıların edam edilməsi ilə bağlı xəbərlərin yayılması fonunda Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“İran rejimi tərəfindən Möhsün Şəkərinin edam edilməsi hiddətləndiricidir. Biz İran hakimiyyətinə mövqeyimizi açıq şəkildə bildirmişik. İran dərhal edamları dayandırmalı və öz xalqına qarşı zorakılığa son qoymalıdır”, - Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

Mənbə: