Finlandiya Rusiya ilə əlaqəli 11 yaxtanı müsadirə edib

Finlandiya Rusiya ilə əlaqəli 11 yaxtanı müsadirə edib<span class="qirmizi"></span>

Finlandiya hakimiyyəti Rusiya ilə əlaqəsi olan 27 yaxtadan 11-ni müsadirə edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə yerli KİV-lər respublikanın gömrüyünə istinadən məlumat yayıb.

Gömrük rəsmisi aydınlaşdırıb ki, hazırda Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə 11 əyləncə yaxtası araşdırılır. Qalan gəmilər sahiblərinə qaytarılıb.

Qeyd edək ki, müsadirə edilən yaxtaların yeri göstərilmir. Xatırladaq ki, fevral ayından bəri Finlandiyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə əmlakın ələ keçirilməsi ilə bağlı 187 prosedur həyata keçirib.

Ağasəf Babayev

Mənbə: sia.az