“Şeytanla kompromis” - Ukraynadan Putinə cavab…

“Şeytanla kompromis” - Ukraynadan Putinə cavab…<span class="qirmizi"></span>

Zelenskinin Ofisinin rəhbərinin müşaviri Putinin Ukrayna ilə müharibə ilə bağlı bəyanatına sərt cavab verib…

PİA.az xəbər verir ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə əvvəllər müharibəyə başlamadığına görə təəssüflənən bəyanatını şərh edib.

“Putin Ukraynanın soyqırımını başladığına görə təəssüflənmir, lakin daha əvvəl başlamadığına görə təəssüflənir”, deyə o qeyd edib

Prezident Ofisinin rəhbərinin müşaviri əmin olduğunu bildirib ki, Putinin bu bəyanatı Ukraynanı sülh üçün güzəştə getməyə çağıranlar üçün dərs olmalıdır:

“Bu şeytana güzəştə getmək həvəskarlarına yaxşı bir dərs olmalıdır. Ümid edirəm ki, onlar kiminlə üzbəüz olduqlarını bir daha gördülər”, deyə Podolyak vurğulayıb.

pia.az

Mənbə: pia.az