Şmıqal: Bütün qışı belə yaşamalıyıq!

Şmıqal: Bütün qışı belə yaşamalıyıq!<span class="qirmizi"></span>

Ukrayna bu qış davamlı olaraq məhdud elektrik istehlakı şəraitində yaşayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, hazırda enerji sistemində vəziyyət nəzarət altındadır, lakin hələ də elektrik enerjisində çatışmazlıq var:

“Ölkədə bütün istilik və su elektrik stansiyaları zədələnib.Yüksək gərginlikli şəbəkə obyektlərinin 40%-i müxtəlif dərəcədə zədələnib”.

Mənbə: axar.az