Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Qarsda ehtiramla anılıb

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Qarsda ehtiramla anılıb<span class="qirmizi"></span>

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimi təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərimizin Qars şəhərindəki abidəsi önünə tər çiçəklər düzülüb.

İştirakçılar əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinin ən maraqlı məqamlarına aid fotolardan ibarət sərgi ilə tanış olublar.

Mərasim Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Yerli hakimiyyət orqanları rəhbərlərinin, ictimaiyyətin nüfuzlu təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Qars valisi Türkər Öksüz, Qafqaz Universitetinin dosenti Yaşar Kop və bu təhsil ocağının tələbəsi Fidan Babayevanın çıxışları dinlənilib.

Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyatından bəhs edən çıxışlarda diqqətə çatdırıblar ki, Azərbaycan-Türkiyə qardaşlığını dinamik inkişaf müstəvisinə çıxarmaq Ulu Öndərimizin həyat amalı olub və dahi siyasətçi böyük uzaqgörənliklə buna nail ola bilib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin əməli işləri ilə xalqlarımızın qəlbində özünə əbədiyaşar abidə ucaldıb.

Sabir Şahtaxtı

 

Mənbə: azertag.az