“Rusiyanın ərazi iddiaları yoxdur”

“Rusiyanın ərazi iddiaları yoxdur”

“Rusiyanın heç bir qlobal ərazi iddiaları yoxdur”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

O, həmçinin ölkəsinin Polşa və yaxud Latviyaya qoşun yönləndirməklə bağlı planlarının olmadığını deyib: “Onlar bu haqda danışır və öz əhalisini mövcud olmayan rus təhlükəsi ilə qorxutmağa çalışırlar. Bu, aydın faktdır. Düşünən, real siyasətlə məşğul olan analitiklər, sadəcə ağıllı insanlar bunun feyk olduğunu yaxşı anlayırlar”.

Jurnalistin Rusiyanın hansı hallarda Polşaya qoşun göndərə biləcəyi ilə bağlı suala isə Putin belə cavab verib: “Yalnız bir halda: Polşa tərəfindən Rusiyaya hücum olarsa. Niyə? Çünki bizim nə Polşada, nə Latviyada, heç harda marağımız var. Bu bizim nəyimizə lazımdır? Bizim sadəcə belə bir marağımız yoxdur”.

Putin, həmçinin qeyd edib ki, Qərb Rusiyanı döyüş meydanında zəiflətməyə çalışmaqdansa, onunla razılığa gəlməyə cəhd etməlidir.

Mənbə: qafqazinfo.az