"Mahiyyət etibarı ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, biz yekun sənədin mətni üzərində nəhayət razılığa gəlməyə çox yaxın idik".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib.
"Azərbaycan əvvəldən üç dəfə müxtəlif formatlarda danışıqlarda iştirakdan imtina etdi, ondan sonra Azərbaycanda prezident seçkiləri təyin olundu. Və əslində biz bu nöqtədəyik və güman edirəm ki, prezident seçkilərindən sonra siyasi iradə olarsa, biz bu məqamların icrasına nail ola biləcəyik.
Qeyd edə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda konkret sülhə getməyə və yuxarıda qeyd olunan sazişlər əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa siyasi iradəsi var", - Paşinyan bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.
Hüseyn İbadlı
Mənbə: publika.az