İşğaldan azad olunmuş ərazilərdə daha 195 mina AŞKARLANDI

İşğaldan azad olunmuş ərazilərdə daha 195 mina

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.02.2024 - 11.02.2024) açıqlanıb. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə 5-11 fevral 2024-cü il tarixi ərzində 33 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 836 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. 

Həmçinin, 908.9 hektar ərazi minalardan təmizlənib. 


Bizim.Media

Mənbə: bizim.media