Ərdoğanın ABŞ-a səfəri gözlənilir

Ərdoğanın ABŞ-a səfəri gözlənilir

ABŞ Konqresi Ankaraya F-16 qırıcılarının satışına dair sazişi təsdiqlədikdən sonra Türkiyə və ABŞ ikitərəfli siyasi təmasları, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlığı intensivləşdirir. Gündəliyə yüksək səviyyəli, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərləri daxildir.

40 yeni F-16 və 79 qırıcı modernizasiya dəsti almasına Konqresin təsdiqi barədə məlumatı fevralın 11-də ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk açıqlayıb. Türkiyə lideri Ərdoğan bu məlumatı fevralın 12-də təsdiqləyib.

Tərəflər sövdələşmənin həyata keçirilməsi proseduru ilə bağlı danışıqlara başlayacaqlar, xüsusən, 3 memorandumun hazırlanması, təyyarələrin çatdırılma tarixlərinin və döyüş təyyarələri üçün modernləşdirmə dəstlərinin, qiymət parametrlərinin müəyyənləşdirilməsi planlaşdırılır. Türkiyə ilə ABŞ arasında bütün razılaşmaları birləşdirəcək hökumətlərarası sazişin imzalanması gözlənilir.

Ankara və Vaşinqton arasında “yenidən etimad fonunda” iki ABŞ nümayəndə heyətinin enerji, ilk növbədə bərpa olunan enerji və ticarət sahəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yazda Türkiyəyə səfəri gözlənilir. ABŞ-ın 50-yə yaxın ən böyük şirkətinin rəhbərliyinin iştirakı gözlənilir. Buna cavab olaraq Türkiyədən xarici işlər naziri Hakan Fidanın, ardınca isə Ərdoğanın səfəri planlaşdırılır. Belə bir səfərin Vaşinqtonda NATO sammitinin planlaşdırıldığı iyulda baş tutması mümkündür.

 

Mənbə: yenisabah.az