Putin seçkiqabağı debatlardan imtina edib

Putin seçkiqabağı debatlardan imtina edib

 

Rusiya Prezidenti Vladimir Putin prezident seçkiləri ilə bağlı debatlarda iştirakdan imtina edib.

Bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Nataliya Budarina qurumun iclasında açıqlayıb. 

Məlumata görə, Rusiya MSK-ya Putinin debatlardan imtina etməsi ilə bağlı sənəd daxil olub. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək. Ölkədə prezidentliyə 4 namizəd qeydə alınıb. Belə ki, Rusiya prezidenti postu uğrunda namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski, Rusiya Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, eləcə də “Yeni insanlar” partiyasının üzvü Vladislav Davankov mübarizə aparacaq. 

Mənbə: qafqazinfo.az