Düşmən hansı hərbi hissələrdə gənc əsgərlərin andiçmə mərasimlərini təşkil edir? - FOTOLAR

Düşmən hansı hərbi hissələrdə gənc əsgərlərin andiçmə mərasimlərini təşkil edir? - FOTOLAR

Avqustun 12-də, cari ilin yay çağırışı üzrə gənc erməni əsgərlərin işğal altında olan Qarabağda dislokasiya olunan bir sıra hərbi hissələrdə, o cümlədən şərti adı "Yeğnikner" olan, Gülüstan yaşayış məntəqəsinin qarşı tərəflərində mövqe tutan, Şahen Meğryanın adını daşıyan, 38862 nömrəli hərbi hissədə andiçmə mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, sözügedən hərbi hissənin komandiri polkovnik Karen Calavyan, qərargah rəisi polkovnik-leytenant Sergey İvanyandır.

Həmçinin, Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan 49971 nömrəli, şərti adı "İnternat" olan hərbi hissədə də andiçmə mərasimi baş tutub. Ağdərədəki hərbi hissədə yay çağırışı ərzində hərbi xidmətə başlayanların sayı 198 nəfər təşkil edib.

Sözügedən hərbi hissənin komandiri polkovnik Erik Qriqoryan, hərbi hissə komandirinin mənəvi – psixoloji iş üzrə müavini isə polkovnik-leytenant Armen Mkrtçyandır.

Alpər Mövludoğlu

Mənbə: ordu.az