Ermənistanın Azərbaycanla sərhədə missiya gətirmək cəhdləri necə iflasa uğradı ?

Ermənistanın Azərbaycanla sərhədə missiya gətirmək cəhdləri necə iflasa uğradı ?<span class="qirmizi"></span>

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla sərhəddə Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir.

bu barədə yanvarın 24-də KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə sorğu təqdim etdikdən sonra Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb.
Zaynetdinov bildirib ki, qərar Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini nəzərdə tutur, missiyanın mandatını və iş müddətlərini müəyyən edir. Layihə yüksək hazırlıq səviyyəsindədir, lakin bu sənədi KTMT XTK-nın sonuncu sessiyasında qəbul etmək mümkün olmayıb.

Mənbə: lent.az