"ZELENSKİ XRİSTİANLARA SAVAŞ AÇDI, NAZİRİ VƏ MÜAVİNİN ÖLÜMÜ DƏ..." - Dövlət başçısının istefaya göndərilən keçmiş müşaviri elə iddialar irəli sürdü ki...

"ZELENSKİ XRİSTİANLARA SAVAŞ AÇDI, NAZİRİ VƏ MÜAVİNİN ÖLÜMÜ DƏ..." - Dövlət başçısının istefaya göndərilən keçmiş müşaviri elə iddialar irəli sürdü ki...<span class="qirmizi"></span>

Ukraynanın Dnepr şəhərində yaşayaş binasının üzərinə düşən raketin Ukrayna Hava Müdafiə Sistemi tərəfindən vurulan raket olduğunu dediyi üçün istefaya göndərilən Volodimir Zelenskinin keçmiş müşaviri Aleksey Areestoviç sensasiya sayılacaq iddialarla çıxış edib.

Mia.az xəbər verir ki, o, müsahibəsində hədən çox irəli gedərək, Kiyevdə uşaq bağçasının üzərinə düşən və içində yüksək vəzifəlilərin olduğu helikopter qəzası barədə dünyanı lərzəyə gətirəcək açıqlama verib.

Keçmiş müşavir 14 nəfərin öldüyü helikpoter qəzasının qəza deyil, sui-qəsd olduğunu bəyan edib: "Hamımız bir-birimizlə didişmə mərhələsinə çatmayana kimi toxunulmazıq. Amma bir-birimizlə didişməyə başladığımız andan o toxunulmazlıq ortadan qalxar. Artıq iplər bizim əlimizdə deyil. Monastırskiyə baxın, orada helikopter düşdü. Gözdən çıxardıqlarının ipini çəkirlər". (Xatırladaq ki, bu qəzada ölkənin daxili işlər naziir və müavini də həlak olub - mia.az)

Zelenskiyə ən yaxın şəxslərdən sayılan ortdoks Arestoviç daha sonra qeyd edib ki, hazır istefa vermişkən doğruları danışmaq lazımdır: "Bəli, gəlin doğruları danışağın. Zelenski xristianlığa savaş açdı. Kilisələri bağladı. Zelenski rusları sıxışdırdı. Rusça danışnlar qarşı ayrı-seçkilik etməyə başladı, onları digərlərindən fərqləndirdi. Milyonlarla ukraynalının dövlətə olan sədaqəti bununla zədələndi. Bunu qaydaya qoymaq asan olmayacaq...".

Zülfiyyə,

Mia.az

Mənbə: www.mia.az