ABŞ Kiyevə cəmi 10 tank göndərmək  İSTƏYİR

ABŞ Kiyevə cəmi 10 tank göndərmək  İSTƏYİR<span class="qirmizi"></span>

Bayden administrasiyası Ukraynaya "M1 Abrams" tankları göndərməyi düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" və "Sky News" nəşrləri məlumat yayıb.

Tankların göndərilməsi bu həftə elan edilə bilər.

Bildirilir ki, Ağ Ev bununla Almaniyanı Ukraynaya "Leopard 2" tankları göndərməyə razı salmağa ümid edir.

Məlumata görə, ABŞ Kiyevə cəmi 10 tank göndərməyi planlaşdırır.

Mənbə: redaktor.az