Türkiyəli deputatlar Azərbaycana gəldilər

Türkiyəli deputatlar Azərbaycana gəldilər<span class="qirmizi"></span>

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvləri Bakıya səfərə gəliblər.

Redaktor.az bildirir ki, bu barədə Modern.az-a Türkiyə parlament heyətinin üzvü, deputat Yunus Kılıç məlumat verib.

O, Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklərini, aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlarını bildirib:

“Məqsəd əlaqələrimizi daha yüksək səviyyədə saxlamaq, bir-birimizə dəstək olmaq, eyni zamanda birlikdə hərəkət edə biləcəyimiz sahələri müəyyənləşdirməkdir. Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Bizim uğurlarımız da, hədəflərimizdə birdir”.

Y.Kılıç 4 gün Bakıda qalacaqlarını, mümkün olsa, Şuşaya səfər edəcəklərini söyləyib:

“Rəsmi görüşlərdən başqa işlərimiz olacaq. Xüsusilə Şuşaya getmək, Qarabağı ziyarət etmək, orada yaşananaları öz gözlərimizlə görmək istərdik. Ümid edirik ki, budəfəki səfərimiz də maraqlı və faydalı olacaq”.

Mənbə: redaktor.az