NATO-nun baş katibindən “tank münaqişəsi” açıqlaması

NATO-nun baş katibindən “tank münaqişəsi” açıqlaması<span class="qirmizi"></span>

 

NATO-nun baş katibi Yens Stoltenberq Almaniya istehsalı olan “Leopard-2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərarsızlığın tezliklə aradan qaldırılacağına ümid etdiyini bildirib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşən Stoltenberq müttəfiq ölkələrin tank böhranından qısa zamanda çıxacağını düşündüyünü bildirib:

“Biz müharibənin bu həlledici məqamında qısa müddətdə Ukraynaya daha ağır və təkmil sistemlər göndərməliyik”.

Almaniya istehsalı olan “Leopard-2” tanklarına sahib olan ölkələr bunu üçüncü ölkəyə göndərməzdən əvvəl Berlindən icazə almalıdırlar. Almaniyadakı Olaf Şolz hökuməti hələ bu təsdiqi verməyə hazır olmasa da, Berlinə təzyiqlər artır.

Pistorius bəyan edib ki, konsensus əldə olunarsa, hökumət tanklarla bağlı tez hərəkətə keçə bilər.

Reuters-ə danışan alman müdafiə mənbəsinin sözlərinə görə, Polşa bu gün Almaniya hökumətinə Ukraynaya 14 “Leopard-2” A4 tankı göndərmək üçün müraciət edib. Bu addımın Berlinə təzyiqi artıracağı gözlənilir.

Almaniyanın xarici işlər naziri Anna Baerbok həftə sonu deyib ki, Polşa Ukraynaya “Leopard-2” tanklarının göndərilməsi ilə bağlı müraciət etsə, buna mane olmayacaq

 

Mənbə: pia.az