İtaliyanın Baş naziri: Qərbi Balkan regionunun Avropadan kənarda qalmasına icazə verə bilmərik

İtaliyanın Baş naziri: Qərbi Balkan regionunun Avropadan kənarda qalmasına icazə verə bilmərik<span class="qirmizi"></span>

Avropa İttifaqı (Aİ) Qərbi Balkan regionu ölkələrinin ittifaqa inteqrasiyasını prioritet hesab etməlidir. Bu regionun uzun müddət Aİ-dən kənarda qalmasına icazə verə bilmərik.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.

Baş nazir bildirib ki, İtaliya qonşu ölkə kimi Qərbi Balkan regionunun bütün Avropanın gələcəyi üçün həyati əhəmiyyətini çox yaxşı bilir.

“Təcrübələr onu göstərir ki, Adriatik dənizinin o tayında baş verən bütün proseslər bizə dərhal təsir edir. Avropanın Balkan regionuna qarşı böyük məsuliyyəti var. Aİ bu bölgə üçün yeni baxışlar ortaya qoymalı və Qərbi Balkan regionunda genişlənməni prioritet hesab etməlidir. Qitənin bu strateji hissəsinin uzun müddət Avropadan kənarda qalmasına icazə verə bilmərik. Qərbi Balkan regionundakı bütün xalqların təhlükəsizliyi və inkişafı İtaliyanın milli maraqlarının əsasını təşkil edir. İtaliya hökumətinin məqsədi ölkənin Balkan regionuna daha da yaxınlaşmasıdır”, - deyə o qeyd edib.

 

Mənbə: azertag.az