Ukraynalı nazirdən səhvlərlə bağlı etiraf...

Ukrayna müdafiə naziri Aleksey Reznikov hərbçilərin ərzaq təminatı ilə bağlı yaranan qalmaqaldan dolayı Ali Radanın Korrupsiyaya qarşı Mübarizə Siyasəti Komitəsinin üzvləri qarşısında çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı deputat Viktoriya Syumar deyib.

O bildirib ki, nazir bununla bağlı səhvlərin olduğunu etiraf edib:

“Nazir 400 adda məhsulun siyahısında səhvlərin olduğunu bildirdi. Və bu səhv bir deyil. Söhbət təkcə kiloqram və tonlarla olan yumurtadan deyil, başqa məhsullardan da gedir. Məhz buna görə nazir müavini Şapovalov vəzifədən getdi. Nə üçün səhv olub, yaxın vaxtda araşdırılmalıdır”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan nazir müavini Vyaçeslav Şapovalov ötən gün vəzifəsindən istefa verib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda qadın piyadanı avtomobil vurub

SONRAKI XƏBƏR

Rusiyadan "Leopard"ların göndərilməsinə reaksiya