Zelenskidən Makrona: Onları Parisə buraxmayın!

Zelenskidən Makrona: Onları Parisə buraxmayın!<span class="qirmizi"></span>

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında bildirib.

Prezidentin sözlərinə görə, Makronla Ukraynadakı müharibəyə son qoymaq üçün diplomatik addımları da müzakirə ediblər:

"Mən ayrıca vurğuladım ki, Rusiyadan olan idmançılara Parisdə keçiriləcək Olimpiya Oyunlarında yer yoxdur".

Mənbə: axar.az