“Spigel”: “Təlim zamanı “Puma” zirehli texnikalarının hamısı sıradan çıxıb”

Bundesverin (Almaniya Federativ Respublikası Silahlı Qüvvələri) “Puma” ağır zirehli texnikasının iştirakı ilə təlimləri tamamilə uğursuz olub.

Təlimdə iştirak edən 18 zirehli texnika sıradan çıxıb.

“Puma”nın ilk rotası NATO-nun Çevik Reaksiya Qüvvələri üçün nəzərdə tutulmuşdu. Əvvəlcə Almaniya Müdafiə Nazirliyi uğursuzluğa görə istehsalçını günahlandırsa da, sonra qurum problemin qoşunlarda olduğunu etiraf etməli oldu.

Məlum olub ki, operatorların döyüş maşını ilə əlaqə qurmaq təcrübəsi olmayıb.

Maddi-texniki təminatın olmaması özünü göstərib.

“Puma” birbaşa məşqlərin yerində fəaliyyətini dayandırıb və təlimlər onsuz davam edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Pekin alimləri: “Yerin nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə hərəkət edə bilər” - FOTO

SONRAKI XƏBƏR

“Latsio” “Milan”ı darmadağın etdi – VİDEO