Norveç Ukraynaya “Leopard 2” tankları verə bilər

Norveç hökuməti səkkiz ədəd “Leopard 2” tankını Ukraynaya təhvil verməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Dagens Naeringsliv” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə hökuməti bu tankların yenilərinin alınması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Qeyd olunur ki, Norveçdə ümumilikdə 36 belə tank var.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukraynanı “Leopard 2A6” döyüş tankları ilə təmin etmək qərarına gəlib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski Makronla müharibəni bitirmək üçün diplomatik addımları müzakirə edib

SONRAKI XƏBƏR

Peruda etirazlar ölkəyə 1,3 milyard dollar zərər vurdu