Zelenski Makronla müharibəni bitirmək üçün diplomatik addımları müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb. Ukrayna lideri Fransa dövlət başçısıyla müharibəni bitirmək üçün diplomatik addımları müzakirə edib

Bu barədə “Report” Ukrayna dövlət başçısının teleqram kanalına istinadən xəbər verir.

"Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında yüngül tanklarla təminata dair sıçrayışlı qərara və Ukraynanın müdafiə qabiliyyətini, xüsusən də ön cəbhənin hava hücumundan müdafiə sistemləri ilə daha da gücləndirdiyinə görə təşəkkür etdim. Həmçinin müharibəni dayandırmaq üçün diplomatik addımları müzakirə etdik. O vurğuladı ki, xüsusən Rusiyadan olan idmançıların Parisdəki Olimpiya Oyunlarında yer yoxdur", - Zelenski sosial şəbəkə hesabında yazıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İsveçin baş naziri Türkiyə ilə dialoqu bərpa etmək istəyir

SONRAKI XƏBƏR

Soledarda iki britaniyalı öldürüldü