İsveçin baş naziri Türkiyə ilə dialoqu bərpa etmək istəyir

İsveçin baş naziri Ulf Kristersson rəsmi Ankara ilə Stokholm arasında pisləşən münasibətlər fonunda Türkiyə ilə dialoqu bərpa etmək istədiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə baş nazir keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "milli təhlükəsizlik sahəsində Finlandiya ilə birlikdə NATO-ya ən yaxın zamanda daxil olmaqla bağlı məsələdən daha vacibi yoxdur".

Xatırladaq ki, Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Skandinaviya ölkələrinin NATO-ya üzvlüyü məsələsi ilə bağlı görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Güney Azərbaycanın vahid lideri… – Məcid Cavidi

SONRAKI XƏBƏR

Zelenski Makronla müharibəni bitirmək üçün diplomatik addımları müzakirə edib