İsveçrə parlamentinin komissiyası Ukraynaya silahların təkrar ixracına icazə verib

İsveçrə parlamentinin komissiyası Ukraynaya silahların təkrar ixracına icazə verib<span class="qirmizi"></span>

İsveçrə parlamentinin komissiyası bu dövlətdə istehsal olunan silahların üçüncü ölkələr vasitəsilə Ukraynaya təkrar ixracına icazə verən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə parlamentin saytında məlumat yer alıb.

“Milli Şuranın Təhlükəsizlik Siyasəti Komissiyası 14 səslə, hərbi texnikanın reeksportu ilə bağlı parlamentin təklifini və təşəbbüsünü təsdiqləyib”, - məlumatda deyilir.

Bundan əvvəl İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin (nazir) rəhbəri Qay Parmelin “Tribuna de Geneve ” qəzetinə müsahibəsində dondurulmuş Rusiya aktivlərinin Kiyevə verilməsinin İsveçrə qanunvericiliyinin pozulması olacağını bildirib.

Bundan əvvəl 20 Minuten İsveçrənin Ukraynaya öz silahlarının tədarükünə icazə vermədiyini yazmışdı. Nəşr qeyd edir ki, İspaniya tərəfi Kiyevə hərbi texnikanın tədarükü ilə bağlı dəstək vermək istəyib, lakin bunun üçün istehsalçı ölkənin - İsveçrənin razılığı tələb olunur ki, bunu da verməyib.

Mənbə: www.unikal.org