Putinin qızının dostu Kremlə elit şərablar almaqda kömək edir

Kreml yüz minlərlə dollar qiyməti olan yüzlərlə butılka alkoqolun satın alınmasını davam etdirir - Avropanın sanksiyalarından yan keməklə.

«The Insider»in təhqiqatında deyildyi kimi, bununla Aleksey Repik, rusiyalı diktatorun qızı Yekaterina Tixonovanın dostu məşğul olur.

Nadir şərabların yüksək qiymətə satın alınması Repikin şirkətinin orbiti üzərindən təşkil olunur. Bu şirkət əvvəllər məhsulu Yaponiyadan («UNİAN»).

«Ötən ilin sonunda o qədər də məşhur olmayan «Ratiko» şirkəti (farmaseptika nəhəngi «P-Farm»a məxsus) Rusiyaya dünyanın ən bahalı şərablarından birini gətirib. Nadir şərabların demək olar iki yüz növü (cəmdə 800 butılka) sanksiyalardan yan keçməklə, Rusiyaya daxil olub. Onlarla şərabın bir butılkasının yalnız alış qiyməti milyon rublu adlayır. Və məsələ yalnız yüksək qiymətdə deyl, amma həm də ondadır ki, bu şərabları əldə etmək o qədər də sadə məsələ deyil» - jurnalistlər yazırlar.

Göründüyü kimi, rusiyalı diktator Ukraynanı raket atəşinə tutduğu, bu ölkənin altını-üstünə çevirdiyi bir vaxtda, diktatorun qızı öz dostu ilə birlikdə atasının «bandası» üçün bahalı şərab tədarükü ilə məşğul olur. KİV-in yaydığı məlumata görə, Ukrayna müharibəsində Rusiya ordusunun canlı qüvvə itkisi 190 min nəfərə yaxınlaşır. Düşünmək olar ki, Putin bu şərabları həlak olmuş əsgərlərin yas mərasimində içmək və onların «əziz xatirəsini» yad etmək fikrindədir…

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Rusiyadan "Leopard"ların göndərilməsinə reaksiya

SONRAKI XƏBƏR

“Rusiya tarixində ən ağır və mürəkkəb il olacaq...” – “Putin özü-özünü siçovul kimi küncə qısnayıb”