Bayden demokrat konqresmenlərlə Ukraynaya əlavə yardımı müzakirə edib

Bayden demokrat konqresmenlərlə Ukraynaya əlavə yardımı müzakirə edib<span class="qirmizi"></span>

ABŞ Prezidenti Cozef Bayden və demokrat qanunvericilər çərşənbə axşamı Ukraynaya əlavə yardım məsələlərini müzakirə ediblər.

“Report”un xəbərinə görə, bu barədə Ağ Evdə Konqresin hər iki palatasının üzvləri ilə görüşdən əvvəl Amerika liderinin özü məlumat verib.

O, qeyd edib ki, Ukraynaya gələcək yardımı müzakirə edəcək. “Bu ideya hər iki tərəfin dəstəyinə malikdir", - deyən dövlət başçısı ötən il demokratlar və respublikaçıların müvafiq qanun layihələrinin lehinə səs verdiyini xatırladıb.

Prezidentin sözlərinə görə, o, həmçinin partiya üzvləri ilə inflyasiya, hücum silahlarının satışına qadağa, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edəcək.

Prezidentlə görüşdə, xüsusən də Senatın Demokratik çoxluğunun lideri Çak Şumer və Nümayəndələr Palatasında demokratik azlıqların lideri Hakim Ceffreys iştirak ediblər.

Görüşün ardınca Ağ Ev bəyanat yayıb ki, prezident və qanunvericilər “son iki ildə əldə etdikləri birgə nailiyyətlər əsasında əldə edilmiş tarixi iqtisadi tərəqqiyə əsaslanmanın vacibliyi barədə razılığa gəliblər”. "Görüş iştirakçıları həmçinin milli təhlükəsizlik maraqların inkişafının, məsələn, Ukraynaya yardımın davam etdirilməsinin vacibliyini vurğuladılar", - sənəddə deyilir.

Burada söhbətin nə qədər yardımdan getdiyi göstərilmir.

Mənbə: report.az