Səfir Fergus Auld rayonlarda Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacaq

Britaniya səfiri Səfir Fergus Auld Azərbaycanın rayonlarında Krallığın maliyyələşdirdiyi layihələrlə tanış olacaq.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld tviter hesabında yazıb.

“Bu gün Ağcabədi və Beylaqana yola düşürəm. Bu bölgələrdə rayon başçıları ilə görüşüb, Böyük Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacam”, - Fergus vurğulayıb.

“İşgüzar səfərim çərçivəsində həm də səyahət etdiyim rayonlar siyahısına daha ikisi əlavə olunacaq. Necə deyərlər, həm ziyarət, həm ticarət”, - səfir əlavə edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın 8 ştatı "Google"u məhkəməyə verdi - VİDEO

SONRAKI XƏBƏR

Antonio Banderas ürəktutması barədə: “Həyatımın ən yaxşı hadisəsi idi”