Ukrayna 300 tank gözləyir - Ekspert açıqladı

Ukrayna 300 tank gözləyir - Ekspert açıqladı<span class="qirmizi"></span>

Hazırda Ukraynaya beynəlxalq partnyorlarından təxminən 300 tankın göndərilməsi gündəmdədir.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Mixail Samus deyib.

“Bizim hələ “Çallenger”imiz var, xeyli sayda “Abrams” söz veriblər.. Üstəlik, Çexiyada modernləşdirilən T-72 tankları da var. 300-ə yaxın toplanır. Əlbəttə, 300 rəqəmi hələ ki, nəzəridir. 100 tank – bu, ultra-müasir tank briqadasıdır”, - ekspert bildirib.

Samus vurğulayıb ki, “Çallenger”, “Leopard”, “Abrams”, hətta Fransanın “Leclerc”i ən müasir tanklar hesab olunur.

Mənbə: axar.az