NATO-ya Türkiyə lazımdır, yoxsa İsveç?

NATO-ya Türkiyə lazımdır, yoxsa İsveç?<span class="qirmizi"></span>

NATO öz tərkibində Türkiyənin olmasını İsveçdən daha vacib sayır.

Axar.az xəbər verir ki, bu sözləri avropalı siyasətçi, Belçikanın müxalif “Xalq partiyası”nın keçmiş rəhbəri Mişel Modrikamen deyib.

“Əgər seçim ediləsi olsa, diplomatiya bacarmasa, nə üçün İsveç NATO sərhədlərindən kənarda saxlanılmasın?! İstənilən halda Ankara NATO-ya daha çox lazımdır, nəinki Stokholm”, - deyə o bildirib.

Qeyd edək ki, Stokholmda Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılması rəsmi Ankaranın haqlı narazılığına səbəb olub. Türkiyə İsveç və Finlandiya ilə üçtərəfli görüşü ləğv edib.

Mənbə: axar.az