Zaxarovadan Quran kitabının yandırılması barədə açıqlama: "Stoltenberg bunu bilmir?"

Rusiya XİN sözçüsü Mariya Zaxarova İsveçdə Quran kitabının yandırılmasına münasibət bildirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Zaxarova dini inanclara hörmətsizliyin qəbuledilməz olduğunu deyib:

"Rəsmi Moskvanın mövqeyi belədir ki, bütün dinlərə, onların müqəddəs hesab etdiklərinə sayğı mütləqdir. Biz əsla irqçiliyə haqq verə bilmərik. İfadə azadlığı hər hansı bir din və dini rituallar, kitablar barədə aşağılayıcı ifadə və hərəkətlərə zəmin yarada bilməz, hələ müsəlmanlar üçün çox müqəddəs olan Quran-ı Kərimin yandırılması əsla ola bilməz. Dini baxışlara hörmət olunmalıdır, bu, bir seçim deyil, məcburi qaydadır. Stoltenberg (NATO baş katibini nəzərdə tutur- mia.az) bunu bilmir?".

Xatırladaq ki, NATO baş katibi İsveçdə Quran kitabının yandırılmasına haqq verməsə də, bunu demokratiyanın təməli sayılan ifadə azadlığı ilə əlaqələndirmişdi.

Mia.az

ƏVVƏLKİ XƏBƏR

Mirzoyanın müharibə təklifinə - Rəsmi Bakıdan CAVAB

SONRAKI XƏBƏR

Canavarların yaşadığı “Qurd yuvası” mağarasından - ÖZƏL FOTO-REPORTAJ