İsveçdə Quran yandıran şəxs barədə yeni məlumatlar ortaya çıxdı

İsveçdə Quran yandıran Rasmus Paludan haqqında yeni məlumatlar ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Paludanın bütün xərclərinin Çank Frik adlı şəxs tərəfindən ödənildiyi məlum olub. Frik isə “Russia Today”in keçmiş işçisidir və bir müddət gördüyü işlərə görə Rusiyadan maliyyələşdirilib. O, hazırda “Nyheter Idag” adlı saytda işləyir. 39 yaşlı müxbir 2010-cu ildə İsveç Sosial Demokratik Partiyasından bələdiyyə üzvü seçilib. Bu günə qədər Frikin hakim partiya ilə yaxın əlaqələri olduğu qeyd edilir. Bu səbəblə hazırda İsveçdə ölkə mediası və müxalifəti hakim Sosial Demokratik Partiyasını sıxışdırmağa başlayıb.
“Expressen” qəzetinə danışan Çanq Frik Rasmus Paludanla görüşdüyünü təsdiqləsə də, Paludana Quranı yandırmaq ideyasını vermədiyini iddia edib. Frik bildirib ki, onun məqsədi İsveçdə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı aksiya keçirmək olub

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Bakıya təzyiqlər nəticəsizdir: Laçın yolundakı aksiya hansı halda dayanacaq?

SONRAKI XƏBƏR

İsmayıllıda avtomobil yanıb