Macarıstan və Vatikan Ukraynada sülhün bərqərar olması üçün vasitəçi olmağa hazırdır

Macarıstan və Vatikan Ukraynada sülhün bərqərar olması üçün vasitəçi olmağa hazırdır<span class="qirmizi"></span>

“Macarıstan və Vatikan Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olmaqda davam edir və bunun üçün öz vasitəçilik xidmətlərini təklif etməyə hazırdırlar, baxmayaraq ki, bu mövqe hazırda bir sıra aparıcı ölkələr tərəfindən dəstəklənmir”.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşü zamanı bəyan edib.

“Təəssüflər olsun ki, beynəlxalq siyasətdə müharibə ritorikasının hökm sürdüyünü, bir çox hallarda sülh tərəfdarı olanların tənqid və qınandığını, onlara damğa vurmağa çalışıldığını görürük. Amma bu, bizə mane olmamalıdır.

Biz sülhün qurulmasına yönəlmişik, öz köməyimizi təklif edirik. Əgər buna ehtiyac varsa, istər vasitəçilik səyləri, istərsə də evdə sülh danışıqlarının təşkili olsun, o zaman bizə hər zaman arxalana bilərsiniz”-deyə, o bildirib.

Mənbə: report.az