"Yaxın aylar Ukraynada döyüşlər üçün həlledici ola bilər"

"Yaxın aylar Ukraynada döyüşlər üçün həlledici ola bilər"<span class="qirmizi"></span>

Növbəti bir neçə ay Ukraynada davam edən hərbi əməliyyatlar üçün həlledici ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bildirib.

“Yaxın aylarda baş verəcəklər həlledici ola bilər. Və biz diqqətimizi Ukraynanı öz xalqını və ərazisini müdafiə etmək üçün lazım olan hərbi aktivlərlə təmin etməyə yönəldirik”.

Bunu da ABŞ ordusunun rəsmisi Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

Uollanderə görə, Rusiya ABŞ və müttəfiqlərimizin uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməkdə ciddi olduğunu artıq aşkar edib.

 

Mənbə: sia.az