ABŞ və Avropa Afrikada müstəmləkəçiliyi bərpa edir - Lavrov

ABŞ və Avropa Afrikada müstəmləkəçiliyi bərpa edir - Lavrov<span class="qirmizi"></span>

“ABŞ və Avropa ölkələri Afrikanın müstəmləkə asılılığını bərpa etməyə çalışır, qitə dövlətlərindən Rusiya ilə iş görməməyi tələb edir”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrinin nümayəndə heyətləri mütəmadi olaraq Afrika qitəsində olur və onlar “daha ​​yaxşı istifadəyə layiq əzmkarlıqla” afrikalıları Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina etməyə çağırırlar.

“Afrikadan da “ümumi nizam-intizamdan çıxmamaq” tələb olunur ki, bununla da Qərb yeni müstəmləkəçiliyin bərpasını başa düşür. frika, əsrlər boyu istismar edilən, təbii sərvətlər də daxil olmaqla ən zəngin qitədir. Qərb isə Afrikaya qarşı istismarçı siyasətini bu gün də davam etdirmək istəyir”, - deyə nazir bildirib.

 

Mənbə: publika.az