Zelenski Putinlə bağlı qərarını AÇIQLADI

Ukrayna prezidenti Volodimir Zelenski canlı yayımda Putinlə bağlı açıqlama verib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna lideri, “O heç bir danışıq istəmir. İşğaldan əvvəl də belə idi. Putin buna qərar verib. Sülh istəmədiyi üçün danışıqları istəmir. Mən əminəm ki, Ukrayna onun üçün ilk addımdır. Onun böyük müharibə apardığına inanıram. Ukraynadan sonra başqa addımlar atılacaq, müqavimət göstərə bilməsək, başqa ölkələr də olacaq. Düşünürəm ki, uğur qazanacağıq, dəstək alacağıq və qalib gələcəyik” - deyə bildirib.

 

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Pakistanda müəmmalı xəstəlik nəticəsində 18 nəfər öldü

SONRAKI XƏBƏR

Elşad Xose yeni həyat yoldaşı ilə BELƏ RƏQS ETDİ - ÖZƏL GÖRÜNTÜLƏR - FOTO